“İyunun sonunda azərbaycanlılar Kirantsın girişində yerləşdiriləcək” – Hraparakbackend

“İyunun sonunda azərbaycanlılar Kirantsın girişində yerləşdiriləcək” – Hraparak

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İyunun sonunda azərbaycanlılar Kirantsın girişində yerləşdiriləcək”.

İnterpress.az xəbər verir ki, bu barədə “Hraparak” öz mənbələrinə istinadən məlumat yayıb. Qəzet yazır ki, iyunun sonunda azərbaycanlılar Kirantsın girişində yerləşdiriləcək.

Qəzetin məlumatına görə, mayın 21-də Kirants bələdiyyə binasında əməkdaşlar bir qrup kənd sakini ilə kompensasiya məsələsini müzakirə ediblər. Söhbət sərhədlərin delimitasiyası nəticəsində evlərini itirən kənd sakinlərindən, körpünün istifadəyə verilməsi ilə bağlı sərhəddə qalan ev sahiblərindən gedir.

“Kirants kəndində Azərbaycana köçürülən iki evin sahiblərinə evlərini boşaltmaq üçün iyunun 24-dək vaxt verilib. Hökumət bu insanlara yeni evlərin tikintisinə görə kompensasiya vermək niyyətindədir”, – nəşr qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az