Rusiyada generallara qarşı cinayət işi BAŞLADILDI – FOTObackend

Rusiyada generallara qarşı cinayət işi BAŞLADILDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sankt-Peterburq generallarına qarşı cinayət işi başladılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilir ki, Moskvanın Xamovniçeski Məhkəməsi Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq üzrə generalları Aleksey Semyonov, İvan Abakumov və Sergey Umnova qarşı cinayət işi üzrə istintaqa başlayıb.

Generallar ümumilikdə 11 rüşvət almaqda ittiham olunurlar. Ümumi məbləğ təxminən 65 milyon rubl təşkil edir.

Müstəntiqlərin fikrincə, rüşvət Peterburqdan olan sahibkarlar tərəfindən verilib.

İstintaq iddia edir ki, bu korrupsiya sxeminin təşkilatçısı cinayət işinə digər müttəhimləri cəlb edən Umnov olub.

Xuraman Etibarlı

İnterpress.az