Federasiyanın əlil etdiyi idmançımızdan şad xəbər var – VİDEObackend

Federasiyanın əlil etdiyi idmançımızdan şad xəbər var – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Federasiyadakıların verdiyi səhv qərar üzündən 1 ildən artıqdır ki, yerimə qabiliyyətini itirən atletin müalicəsi müsbət effekt verir.

Bu barədə R.İmanzadə açıqlama verib. O bildirib ki, yeriməklə bağlı ümidləri daha da artıb:
“Hər gün fizioterapiyada oluram. Müalicəm yaxşı gedir. Şükürlər olsun ki, gündən-günə irəliləyiş olur. Yəni ümid də çoxdur. Artıq demək olar ki, bəzi köməkliklər sayəsində yeriyə bilirəm”.
İdmançımız tam sağaldıqdan sonra yenidən idmana qayıtmaq fikrindədir.

Xatırlatma…
Federasiya Rüstəm İmanzadəni 2014-cü ilin dekabr ayında keçirilən Avropa çempionatında “qurban” verib. Gələcəyi parlaq olduğu deyilən gənc idmançımız bədbəxt hadisə ilə üzləşir.

Federasiyanın əlil etdiyi idmançımızdan şad xəbər var – VİDEO

AAAF 2014-cü ildə keçirilən Dünya çempionatına dopinq qorxusu üzündən böyüklərlə yox, yeniyetmə idmançılarla qatılır. Buradan fiasko ilə qayıdan ağır atletika millimiz 10 gün keçməmiş həmin yeniyetmə idmançılarla Avropa çempionatında iştirak etmək qərarına gəlirlər.
Yarışa 1997-1998 təvəllüdlü üç ağır atlet göndərilib. Elə olay da burdan başlayıb.
Avropa çempionatında 62 kq çəki dərəcəsində çıxış edən Rüstəm İmanzadə birdən qaldırmada bürüncə layiq görüşsə də, təkanla qaldırmada bədbəx hadisə ilə üzləşib.
Təkanla qaldırma hərəkətinə 143 kq-ı uğurla ram etməklə başlayan İmanzadə, ikinci cəhdində 148 kq-a yaxınlaşıb. Ştanqı sinədən sıxarkən gənc atletimizin əvvəlcədən zədəli olan sol qolu çıxıb.

Bu zaman müvazinətini saxlaya bilməyən idmançı ştanqı onurğa sütununun üstünə salıb. Bundan sonra onu ağır vəziyyətdə xəstəxanaya qaldırılıb. Həmin vaxtdan idmançımızın ayaqları işləmirdi. (hurriyyet.org)

İnterpress.az