Azərbaycanlı qadınları Dubayda satan şəxs həbs edildibackend

Azərbaycanlı qadınları Dubayda satan şəxs həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində insan alverçisi olaraq beynəlxalq axtarışda olan 1973-cü il təvəllüdlü Sahibə Namaz həbs edilərək istintaq orqanına təqdim edilib.

Sahibə Namaz Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə axtarışda olub. O, 2007-2008-ci ildə azərbaycanlı qadınları BƏƏ-nin Dubay şəhərinə apararaq orada cinsi istismara məruz qoyub. Onun Dubaya apardığı zərərçəkənlərin ifadəsi əsasında cinayət işi başlanıb. Faktla bağlı istintaq hərəkətləri davam etdirilir.(teleqraf)

Azərbaycanlı qadınları Dubayda satan şəxs həbs edildi

İnterpress.az