İşğal olunmuş torpaqlarımızın fəryadı: Adım:Vatan-VİDEObackend

İşğal olunmuş torpaqlarımızın fəryadı: Adım:Vatan-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın verdiyi xəbərə görə, “Adım: Vatan” adlanan proqramda Azərbaycanın tanınmış simaları Qarabağ dərdimizin başlanğıc tarixini açıqlayır, ana vətənimizin işğal olunmuş, düşmən tapdağında olan parçamızın ağrılarını bölüşür.

Yüksək səviyyədə hazırlanan proqramda qardaş ölkənin tanınmış jurnalistin professional yanaşması ilə yanaşı ürək yanğısını da duymamaq mümkün deyil. Bu iki dövlət eyni millətin eyni acısıdır, erməni adlı eyni bəlasının yaşatdığı acının doğmalığıdır çünki.
Murat İde Azərbaycana Azəri-Türk Qadınlar Birliyinin başkanı Tənzilə Rüstəmxanlı dəvəti ilə gəlib.

P.S. Murat İde Türkiyənin Malatya bölgəsində dünyaya göz açıb. İstanbul Üniversitetinin Jurnalistika fakültəsində təhsil alıb.
O, “Skyturk” televizyasında Ankara xəbərləri bölümünə rəhbərlik edib. Sonra isə “Haberturk” televizyasına, oradan da “Avrasya tv”ya keçən jurnalist “Ters Açı” adlı proqramın aparıcısı kimi məşhurlaşıb.

2007-ci ildə yayıma başlayan “Bengü Türk” telekanalında Proqramlar Departamentinin rəhbəri kimi fəaliyyətə başlayıb. Eyni zamanda “Medya Açılımı” adlı proqramın rəhbəridir.

İnterpress.azhttps://youtube.com/watch?v=BgmFFeV9Quchttps://youtube.com/watch?v=EKOscgWYOEEhttps://youtube.com/watch?v=XeGe87cWub8