Qonaqların rahatlığı üçün bu addımı atıb:
“Sənət dostlarımız toyda çəkilən fotolar paylaşdı. Burada qəbahət bir şey görmürəm. Onlar xoş günümə sevindikləri üçün belə addım atdılar. Mətbuatın toyumda olmağına icazə vermədim. Ona görə ki, qonaqlar narahat olacaqdı. Yeyib-içən camaata, müğənnilərə kameralar yaxınlaşacaqdı, müsahibə alacaqdılar. Toy şouya çeviriləcəkdi. Onsuz da sənətçilər çox idi, bəy və gəlinlə də şəkil çəkil çəkdirib paylaşdılar. Pis başa düşülməsin, sadəcə icazə vermək istəmədim”.
Müğənni Sabir Rüstəmxanlının toyda mediaya qadağa qoyması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:
“Yox, belə bir şey olmayıb. İstəmirəm Sabir Rüstəmxanlının adı belə şeylərdə qeyd olunsun. Toyu özüm təşkil etmişəm. Bilirdim ki, Sabir Rüstəmxanlı və orada olan önəmli insanlar narahat olacaq. Sırf bu səbəblərdən toy mediaya qapalı keçirildi”.
Qeyd edək ki, müğənni Elçinin həyat yoldaşı Aydan keçmiş millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı ilə Tənzilə Rüstəmxanlının qızıdır. Cütlüyün toyu aprelin 25-də keçirilmişdi.(Qafqazinfo)
Fotolar: Nuran
İnterpress.az