İsrail Qəzza danışıqlarında iştirakdan imtina edərək ABŞ-ni MƏYUS ETDİbackend

İsrail Qəzza danışıqlarında iştirakdan imtina edərək ABŞ-ni MƏYUS ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Qəzza danışıqlarında iştirakdan imtina edərək ABŞ-ni məyus edib.

interpress.az xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.

İsrail nümayəndə heyəti Qəzza zolağında atəşkəsə nail olmaq məqsədi ilə Fələstinin Həmas hərəkatı ilə bu həftə planlaşdırılan danışıqlara qatılmaqdan imtina edib.

Onların məlumatına görə, yəhudi dövlətinin rəhbərliyi əvvəllər ABŞ-yə danışıqlara nümayəndə heyəti göndərmək niyyətini təsdiqləsə də, İsrail nümayəndə heyəti məsləhətləşmədə iştirakdan imtina edib.

Nəşrin mənbələri bildirirlər ki, Ağ Ev İsrail və HƏMAS-ın razılığa gəlməyə yaxın olduğuna inandığı üçün imtinadan məyus olub. Eyni zamanda İsrail bu qərarın səbəblərini açıqlamaqdan imtina edib.

Xuraman Etibarlı

İnterpress.az