Qazaxıstanda yeraltı mədrəsə açan Tacikistan vətəndaşı HƏBS OLUNDU – FOTObackend

Qazaxıstanda yeraltı mədrəsə açan Tacikistan vətəndaşı HƏBS OLUNDU – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tacikistan vətəndaşı Qazaxıstanda yeraltı mədrəsə açıb.

interpress.az xəbər verir ki, bu barədə qazax mediası məlumat yayıb. Bildirilir ki, Qazaxıstanın Almatı vilayətində Tacikistan əsilli şəxs şəxsi evdə qanunsuz olaraq mədrəsə (dini məktəb) təşkil edib.

O, ərəb dilində ədəbiyyatdan istifadə edərək 19 uşağa dərs deyib. Baxış zamanı 179 nüsxə dini təyinatlı ədəbiyyat, mobil telefon və noutbuk götürülüb, müvafiq ekspertizalar təyin edilib.

Müvafiq icazəsiz fəaliyyət göstərən analoji təhsil müəssisələri Bişkekdə və Qırğızıstanın Çuy vilayətində müəyyən edilib.

 

Xuraman Etibarlı

İnterpress.az