İstanbuldakı iğtişaşlarda 200-dən çox şəxs saxlanılıbbackend

İstanbuldakı iğtişaşlarda 200-dən çox şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə şəhər rəhbərliyindən məlumat veriblər.

Əvvəlcədən elan olunmuşdu ki, Taksim meydanında yürüş keçirilməsinə icazə verilməyib. Yerli hakimiyyət həmkarlar ittifaqlarına aksiyanı aeroport yaxınlığındakı Bakırköy rayonunda keçirməyi məsləhət görmüşdü. Buna görə də polis aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə etməli olub.

“Bəzi qeyri-qanuni qruplar Beynəlxalq Həmrəylik Günündən istifadə edərək, Taksim meydanında icazə verilməyən yürüş keçirməyə, beləliklə, vətəndaşlarımızın əmin-amanlığına və təhlükəsizliyinə mane olmağa cəhd göstəriblər”, -deyə şəhər rəhbərliyinin yaydığı açıqlamada vurğulanıb.

Açıqlamada o da təsdiqlənib ki, polis 207 nəfəri saxlayıb. Nümayişçilərdən 40 ədəd “Molotov kokteyli” və 17 ədəd əl qumbarası götürülüb.(modern.az)

İnterpress.az