Rusiya ilə sərhəddə yemiş qutuiarında gizlənən 4 miqrant saxlanılıb.
interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Saratov vilayətində sərhədçilər bostan qutularında gizlənərək Rusiya sərhədini keçməyə cəhd edən Özbəkistandan olan 4 qanunsuz miqrantı saxlayıb.
Hazırda barəsində cinayət işi açılan avtomobilin sürücüsü miqrantların Rusiyaya aparılmasına razılıq verib. Lakin o, sərhədçilərin gözü qarşısında yalnız bostan məhsulları daşıdığını bildirib.
Nəticədə bostan qutularının altında 4 miqrantın olduğu məlum olub.
Xuraman Etibarlı
İnterpress.az