Qarabağa gələn 6 erməni yol qəzasında öldübackend

Qarabağa gələn 6 erməni yol qəzasında öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəticədə 1991-ci il təvəllüdlü A.N, 1984 təvəllüdlü M.X, 1986-cı il təvəllüdlü X.M, \”Kia Sonata\”nın sürücüsü, 1984-cü il-də anadan olmuş sərnişin M.Q və 1987-ci il təvəllüdlü sərnişin yerindəcə ölüb. Ölənlər arasında 10 yaşlı qızın olduğu da deyilir. Yeganə sağ qalan 2 yaşlı körpə isə ağır xəsarətlərlə Vardenis xəstəxanasına yerləşdirilib. Məlumata görə, \”Kia\” taksi xidməti göstərirmiş. Ölənlərdən üçü bir aiənin üzvləridir. Onlar Ermənistanın Eçmiədzin rayonundan Azərbaycanın işğal altındakı ərazilərinə gəlirmişlər.

Qeyd edək ki, qəza baş verən yol Ermənilərin strateji cəhətdən ən mühüm magistralı hesab edilən, Laçın dəhlizinə alternativ olan yoldur. 115 km uzunluqdakı bu yol 30 kənddən keçir. Ermənilərə 30 milyon dollara başa gələn yol İrəvandan Azərbaycanın işğal altında olan torpaqlarına məsafəni 2 dəfə qısaldıb.

Yayılan xəbərlərdə adların tam açıqlanmaması diqqət çəkir. Məlumata görə, ölənlər arasında Rusiya vətəndaşı da var.

İnterpress.az