MMC rəhbəri Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Vüqar İbrahimov Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə müraciət edib.
O, bildirib ki, cari ilin yanvar ayında MMC-nin satış meneceri 1988-ci il təvəllüdlü Ayaz Alıyev onun etibarından süi-istifadə edərək, 10 000 manat dəyərində su filtrlərini satıb, pulunu qaytarmayıb.
Şirkət rəhbərinin şikayəti ilə bağlı araşdırma aparılır.(Musavat)
İnterpress.az