Tənzilə Rüstəmxanlının Xıllı qəsəbəsində seçicilərlə izdihamlı görüşü keçirildi – FOTOLARbackend

Tənzilə Rüstəmxanlının Xıllı qəsəbəsində seçicilərlə izdihamlı görüşü keçirildi – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası davam edir. Kampaniya çərçivəsində 70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd VHP sədrinin müşaviri, Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı seçicilərlə görüşünü avqustun 13-də Xıllı qəsəbəsində davam etdirib.

Bu barədə İnterpress.az-a Tənzilə Rüstəmxanlının seçki qərargahından məlumat verilib.

Görüşdə Tənzilə Rüstəmxanlının vəkili Vətən Müharibəsi Qəhrəmanı, şəhid Camal İsmayılovun anası Filarə İsmayılova, Neftçalanın tanınmış ziyalısı, tarixçi alim Sabir Abuzərov, tədbirin aparıcısı – Neftçala Qayğı Mərkəzinin rəhbəri Jalə Sərdarzadə, qəsəbə ziyalıları, şəhid ailələri və qazilər iştirak edib.

Görüş iştirakçıları Tənzilə xanımı böyük sevgi və alqışlarla qarşılayıblar. Əvvəlcə dövlət himni səsləndirilib və çıxışlara yer verilib.
Tədbiri giriş sözü ilə açan aparıcı namizəd Tənzilə Rüstəmxanlının platforması haqqında məlumat verib, “Neftçala üçün birlikdə!” şüarının mahiyyətindən danışıb. Daha sonra o, seçiciləri Milli Məclisdə xalqı layiqli təmsil edəcək namizədə – Tənzilə Rüstəmxanlıya səs verməyə çağırıb.

Görüşdə namizədin vəkilləri çıxış edərək Tənzilə xanımın illərdir QHT sədri olaraq həmişə xalqın problemlərinin həllinə çalışdığını, beynəlxalq layihələrin iştirakçısı və təşkilatçısı olmasını vurğulayıb, qarşıdakı planları və Neftçala üçün görəcəyi işlər haqqında ətraflı söz açıblar. Bu səbəbdən Tənzilə Rüstəmxanlıya etimad göstərərək hər bir neftçalalını yekdilliklə səs verməyə çağırış ediblər.

Digər çıxış edənlər də Tənzilə Rüstəmxanlının bölgələrə bölmədən həmişə xalqın yanında olduğunu, insanların əlindən tutmağa, problemlərini aradan qaldırmağa çalışdığını, millət vəkili seçiləcəyi halda Neftçalanın gələcəyi, daha da abadlaşdırılması yolunda uğurlu seçim olacağını vurğulayaraq bütün qəsəbə sakinlərini xanım namizədə səs verməyə çağırıblar.

Daha sonra söz namizəd Tənzilə Rüstəmxanlıya verilib. Ö öz platforması haqqında məlumat verib. Xanım namizəd seçiləcəyi halda ona etimad göstərən Neftçala əhlinə diqqət və qayğını artıracağına, problemlərinin operativ həlli yollarında bütün səy və bacarığını ortaya qoyacağını bildirib.

Tənzilə Rüstəmxanlı seçiciləri səmimiyyətlə salamlayaraq, platforması haqqında məlumat verib.
Tənzilə xanım dövlət başçısının regionların inkişafı ilə bağlı gördüyü işləri diqqətə çatdırıb və söz verib ki, seçiləcəyi təqdirdə Neftçalanın da problemlərilə bağlı Milli Məclisdə mütəmadi məsələlər qaldıracaq, dövlətin inkişaf proqramlarına Neftçalanın da salınması təmin edəcək.
Tənzilə xanım vurğulayıb ki, qarşıdan gələn parlament seçkiləri azad və demokratik mühitdə keçiriləcək və bu səbəbdən o, seçiciləri parlament seçkilərində fəal iştirak etməyə, ən layiqli namizədə səs verməyə çağırıb.

Xıllı qəsəbəsinin seçiciləri Milli Məclisə növbədənkənar seçkilərdə fəallıq göstərəcəklərini və Tənzilə Rüstəmxanlıya etimad göstərərək səslərini yekdilliklə xanım namizədə verəcəklərini bildiriblər.

Platforma ilə bağlı ətraflı məlumat təqdim olunduqdan sonra Xıllı qəsəbəsinin sakinlərinin problemləri və qeydləri dinlənilib, xatirə şəkilləri çəkilib

Qeyd edək ki, Milli Məclisə keçiriləcək seçkilərin təşviqat kampaniyası çərçivəsində namizəd Tənzilə Rüstəmxanlının avqust ayı ərzində Neftçala sakinləri ilə bir sıra görüşləri keçiriləcək.