Dəyişikliyə əsasən, bundan sonra Bakı, Sumqayıt və Gəncə şəhərlərində yalnız ŞƏHƏRDAXİLİ sərnişindaşımaya münasibətdə sifarişçi qismində müvafiq olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi, Sumqayıt Şəhər icra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi və Gəncə Şəhər İcra Hakimiyyəti yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi çıxış edirlər.
Ümumilikdə isə, avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarsı (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqəni (Bakı, Sumqayıt və Gəncə şəhərlərinin şəhərdaxili sərnişindaşıması istisna olmaqla) AZƏRBAYCAN RESPUBLİKASININ NƏQLİYYAT NAZİRLİYİ həyata keçirir.
İnterpress.az