Bu savaşda qardaş Türkiyə Azərbaycana həmişəkindən daha artıq dəstək verdi, hətta müxtəlif siyasi dairələrin maddi təsiri altında olan media da əsasən ordumuzun zəfərini qürurla dünyaya duyurdu. Amma…
Onun adını Azərbaycan ilk dəfə 2008-ci ildə eşidib. Dağlıq Qarabağa…İrəvandan gedən türk jurnalisti kimi…\”Milliyet\” qəzetinin köşə yazarı Nagehan Alçı əzəli Azərbaycan torpaqlarından hazırladığı “reportajlarla” özünün əsl simasını hələ o zaman ortaya qoymuşdu. İşğal zonasına İrəvandan getdiyi və həm də yazdığı ermənipərəst reportajlarına görə Azərbaycan Xarici İşlər Nazirliyi bəlkə də ilk dəfə türkiyəli jurnalistin adını “qara siyahı”ya saldı, onun Azərbaycana gəlməsi rəsmən yasaqlandı.
Əlbəttə, özünə “mən türkəm” deyən bir qadın onun soyundan olan bir toplumun maraqlarını bu cür tapdamamalıdır. İşğal olunmuş qədim yurdumuz Xankəndinə Stepanakert adını xatırladaraq, “Qarabağın baş kəndi” yazan, əsl həqiqətləri erməni lobbisinin paralarına qurban edən jurnalisti xain əməllərinə görə Azərbaycana buraxmamalıydılar. Yada salaq ki, bu praktika təkcə Azərbaycanda deyil, bu tip münaqişələrə cəlb edilən digər ölkələrdə də var.
2013-cü ildə Nagehan Alçının adı gözlənilmədən XİN-in “qara siyahı”sından çıxarıldı. Adətən bu cür məsələlərdə XİN onu əsas götürür ki, statusundan asılı olmayaraq hər hansı bir şəxs işğal olunmuş torpaqlara səfərinə izahat verir, üzr istəyir. Bilinən qədər Nagehan Alçı belə bir yazı qaralayıb, amma üzürü yenə qəbahətindən betər olub…
Bilinən odur ki, Nagehan Alçı aprelin 10-da “Azeriler dost, Ermeniler düşman mı?” sərlövhəli yazısı ilə bir daha erməni sevgisini ortaya qoyub. Erməni təxribatı nəticəsində cəbhədə Azərbaycanın dörd bir tərəfinə şəhid tabutları getdiyi bir vaxtda Nagehan Alçı ermənilərin itkilərindən yazan türk mediasını hətta qınayıb da. Onun təkcə sərlövhəyə çıxardığı bu mövqeyi E.Aslanovun “kadrının” dəyişmədiyini görmək üçün kifayətdir. Amma bu da son deyil…
Amma burada da gördükləri onu məmnun etməyib, Bakını Qərbdən “kopyalanmış şəhər” hesab edib, Ərdoğana Azərbaycan rəhbərliyinin diqqətinə isə qısqanc yanaşıb. Yazıda Azərbaycan hakimiyyətinə ünvanlı tikanlı ifadələr işlətməkdən vaz keçməyib.
Amma cızma-qarasında əsas hədəf Bakıdan sonra təyyarəsində bu dəfə Xorvatiyaya getdiyi Ərdoğan olub. Türkiyə prezidentinin Xorvatiyadakı salonda çox isti qarşılanmasını həmkarının dilindən olaraq ‘Michael Jackson geldi sanki’ ifadəsini işlədib. Türkiyə prezidentinə bu cür münasibətinin Nagehan Alçının adını “qara siyahı”dan çıxaran E.Aslanova nə qədər aidiyyəti olduğunu demək çətindir. Amma onu birmənalı demək olar ki, Nagehan Alçı öz mövqeyini dəyişməyib və yenə qərəzli və erməniyanlıdır.
Bəs görəsən, E.Aslanov onun ant-Azərbaycan yazılarını oxuduqdan sonra indi nə düşünür? Bizim XİN-in də düşünməsi lazım…
Yazı yayınlandıqdan sonra qəzetimizin baş redaktoru ilə bilavasitə əlaqə saxlayan Elnur Aslanov bildirib ki, məqalədə göstərilən məqamlarla razı deyil və özünə aid bütün iddiaları rədd edir: \”Mən o qadını tanımıram, belə bir təşəbbüslə də çıxış etməmişəm… \”(musavat)
İnterpress.az