Rus mətbuatı yazır ki, təqsirləndirilən şəxslər evdən 906 rubl (təqribən 20 manat), bank kartları, mobil telefonlar və Andrey Qoştun xidməti şəhadətnaməsini özləri ilə aparıblar. İddia edilir ki, cinayətkarlar dörd nəfər olublar və və onlar silahlı hücuma hazırlaşıblar.
R. Fətəliyev ilkin ifadəsində Xüsusi Xidmət Orqanları ilə əməkdaşlıq etməyə razılıq verib və bildirib ki, onlar heç kəsi öldürmək istəməyiblər: “Biz evdən sadəcə pul götürməyə çalışırdıq”.
İstintaq Roman Fətəliyevi və onun cinayəti törətməkdə iştirak edən tərəfdaşı İslam Babayevi yeddi nəfərə hücumda ən aktiv iştirakçı kimi qəbul edib.
Sızran Rayonunun keçmiş polis rəisi Andrey Qoştu
Dəstənin üçüncü iştirakçısı isə keçikçi rolunu oynayan Zöhrabov Orxan olub. O, ilkin ifadəsində evin həyətində dayandığını, yalnız insanların dəyənəklərlə öldürüldüyünü gördüyünü deyib.
Saxlanılanlara qarşı rəsmi ittiham yaxın vaxtlarda irəli sürüləcək.
Rusiyada keçmiş polis rəisi və onun ailə üzvləri aprel ayının 24-də qətlə yetirilib. İvaşovka kəndində mənzillərdən birində səhər saatlarında üçü kişi olmaqla altı nəfərin cəsədi aşkar edilib. Aparılan araşdırmalar nəticəsində öldürülənlərdən birinin keçmiş polis rəisi Andrey Qoşt, digərlərinin isə onun ailə üzvləri olduğu məlum olub.
Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, sabiq polis rəisi və onun ailə üzvləri Samara vilayətində mənzilə edilən hücum nəticəsində öldürülüb. Ailə üzvləri dəmirlə döyülüb.
Hadisə baş verən ərazidə həmçinin qapalı kəllə-beyin travması və sümükləri sınmış 7 yaşlı qız da tapılıb. O, dərhal xəstəxanaya çatdırılıb.
Qətlə bağlı yeni faktlar da ortaya cıxıb
Rusiyanın Samara vilayətində bir ailənin 6 üzvünü öldürməkdə şübhəli bilinərək saxlanılan 3 azərbaycanlı ilə bağlı yeni faktlar ortaya çıxıb. Məlumata görə, bu dəhşətli qətldə təqsirkarlardan biri hesab edilən İslam Babayev Federal Təhqiqat Bürosunda işləmək arzusunda olub.
Bu haqda onun dostluq etdiyi qız Angelina danışıb. Onun sözlərinə görə, İslam əvvəllər tikintidə çalışıb, sonra Tolyattiyə gedib: “Mənim bildiyimə görə o, Federal Təhqiqat Bürosunun akademiyasına qəbul olunmaq istəyirdi. Burada, Sızranda isə avtomobilyuma məntəqəsində çalışırdı”, – o, deyib.
Angelinanın sözlərinə görə, nə İslam, nə də onun görüşdüyü Orxan qətl törədə bilməzdilər: “İslam dəqiq bunu edə bilməzdi. Nə o, nə də Orxan. Onlar ancaq dalaşa bilərdilər. Ancaq 6 nəfəri, özü də azyaşlı uşağı vəhşicəsinə öldürmək, bunu edə bilməzdilər. Hər ikisinin qardaşı oğlu var, İslam uşaqları çox sevir”.
Angelinanın vediyi digər məlumata görə, Orxan Zöhrabov əvvəllər qoyun oğurladığı üçün həbsdə yatıb: “Ancaq nə İslamın, nə də Orxanın polis rəisinə qarşı hansısa narazılığı olub. Bəli, Orxan polisləri görmək belə istəmir, ancaq quldurcasına basqın edə bilməzdi. O, qoyundan başqa heç nə oğurlamayıb”.
23 yaşlı Roman Fətəliyevə gəldikdə, onun hələ 5-ci sinifdə oxuyanda həmyaşıdlarından pul tələb edib, kim imtina edibsə, onlara qarşı fiziki zorakılıq etdiyi bildirilir. Məlumatda qeyd edilir ki, 2007-ci ildə 14 yaşlı Fətəliyev məktəblilərdən birinə yaxınlaşıb ona kürəyindən yumruqla vurub, sonra 300 rubl tələb edib. Oğlan imtina edəndə Fətəliyev ona hücum edərək döyməyə başlayıb.
Bu iş gedib məhkəməyə qədər gedib çıxıb. Nəticədə, məhkəmə yetkinlik yaşına çatmayan Fətəliyevi təqsirkar hesab edərək, barəsində şərti azadlıqdan məhrumetmə və cərimə qərarı çıxarıb.
Samara vilayəti, Sızran şəhərinin keçmiş polis rəisi Andrey Qoştu və onun 5 ailə üzvünü öldürməkdə şübhəli bilinən əslən azərbaycanlı olan İslam Azər oğlu Babayev, Orxan Şirəli oğlu Zöhrabov və Roman Rauf oğlu Fətəliyev saxlanılıblar.
Hadisə zamanı yalnız 7 yaşlı qız sağ qalıb. Hazırda o, koma vəziyyətindədir. Məhkəminin hökü ilə həbs olunanlar barəsində iyulun 2-də qədər həbs qətimkan tədbiri seçilib.https://youtube.com/watch?v=Mlmr9uYsKPE