Dünən şəhidlik zirvəsinə ucalan əsgərimiz Əmrah Yüzbəyov ( Foto)backend

Dünən şəhidlik zirvəsinə ucalan əsgərimiz Əmrah Yüzbəyov ( Foto)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qoşunların təmas xəttində qarşı tərəflə atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Yüzbəyov Əmrah Aydın oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!
19 yaşlı Yüzbəyov Əmrah ötən il aprel ayında Xaçmaz rayonundan hərbi xidmətə çağrılıb. Xaçmaz Rayon Icra Hakimiyyətindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Yüzbəyov Əmrah Aydın oğlunun nəşinin sabah səhər saatlarında rayona gətiriləcəyi bildirilib. Şəhid Xaçmaz rayon Hacıməmmədova kənd qəbirstanlığında dəfn olunacaq.
\”AĞ BLOK\” olaraq şəhidimizə Allhdan rəhmət diləyir, ailəsinə dərin hüznlə başsağlığı veririk! Vətən sağ olsun!(ANS PRESS)

İnterpress.az