Qazaxıstanda uşaqların kütləvi zəhərlənməsinin səbəbləri ilə bağlı araşdırmalar davam edir.
İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qazaxıstan hökuməti Manqistau vilayətində uşaqların zəhərlənməsinin səbəblərinin araşdırılmasını nəzarətə götürüb.
Hazırda 460 uşaq həkim nəzarətindədir, onlardan 83-ü xəstəxanaya yerləşdirilib, 2 uşaq reanimasiyadadır.
Hadisə ilə bağlı yaradılmış operativ qərargah gecə-gündüz işini davam etdirir. Faktla bağlı istintaq davam edir.
Bundan əlavə, Baş nazir Bektenovun tapşırığına əsasən, respublikanın bütün məktəb yeməkxanaları sanitar-epidemioloji tələblərə əməl olunmasına nəzarət edəcək.
Xuraman Etibarlı
İnterpress.az