Finlandiyanın yüzlərlə yeni peşəkar hərbi personala ehtiyacı olacaq – Pulkkinenbackend

Finlandiyanın yüzlərlə yeni peşəkar hərbi personala ehtiyacı olacaq – Pulkkinen

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gələcəkdə Finlandiyanın yüzlərlə yeni peşəkar hərbi personala ehtiyacı olacaq”.

İnterpress.az xəbər verir ki, bunu Respublika Müdafiə Nazirliyinin ofisinin rəhbəri Esa Pulkkinen deyib.

Onun sözlərinə görə, hazırda Finlandiya Müdafiə Qüvvələrinin sayı 7-8 min arasında peşəkarlardan ibarətdir.

“Uzun müddətdə yüzlərlə kifayət etməyə bilər, lakin bununla bağlı hələ qərar yoxdur, məsələ nəzərdən keçirilir”, – Pulkkinen qeyd edib.

O bildirib ki, NATO-ya üzvlük Finlandiyanın müdafiə və silahlı qüvvələrinə dəyişikliklər gətirəcək.

Xuraman Etibarlı

İnterpress.az