Mehriban Vəzir Milli Şuradan çıxarıldıbackend

Mehriban Vəzir Milli Şuradan çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Toplantıda döyüş bölgəsində son durum müzakirə olunub. Erməni hərbi birləşmələrinin vaxtaşırı olaraq birtərəfli qaydada atəşkəsi pozması, yaşayış məntəqələrini və dinc sakinləri atəşə tutmasından narahatlıq ifadə olunub və pislənilib.

Toplantıda REAL hərəkatının sədri İlqar Məmmədovla bağlı Avropa İnsan Haqları Məkməsinin qərarının əyalət məhkəməsi olan Şəki Apellyasiya məhkəməsi tərəfindən rədd edilməsi, AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli ilə bağlı Ali Məhkəmənin onun haqqında olan cəzanın 7, 5 ildən 6 ilə endirilməsinə baxmayaraq azadlığa buraxmaması, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı haqqında həbs- qəti imkan tədbirinin uzadılması ilı bağlı isə Nəsimi rayon məhkəməsinin qəbul etdiyi qanunsuz qərarlar pislənilib.

Milli Şuranın Əsasnaməsinə və fəaliyyət prinsiplərinə zidd hərəkətlərə yol verdiyinə görə Mehriban Vəzir Koordinasiya Mərkəzi üzvlərinin yekdil qərarı ilə Milli Şuradan xaric edilib. (modern.az)

İnterpress.az