Qarabağ separatçısından iddia: “Azərbaycan əməliyyatlara başlasa, Moskva bizi tanımaq zorunda qalacaq”backend

Qarabağ separatçısından iddia: “Azərbaycan əməliyyatlara başlasa, Moskva bizi tanımaq zorunda qalacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Separatçının iddiasına görə, Moskva belə bir addımı atmaq zorunda qalandan sonra Ermənistan Rusiyanı dəstəkləyəcək. “Rusiya Federasiyası Cənubi Qafqazda sülh və sabitliyin qarantlarından biri kimi, sadəcə olaraq, belə bir addıma getmək zorunda qalacaq” – Babayan bildirib.

Separatçı bu xüsusda Rusiyanın vaxtilə Abxaziya, Cənubi Osetiyanın, Krımın müstəqilliyini tanıdığını, sonuncunun Rusiya tərkibinə daxil olduğunu xatırladıb.

Bu gün – mayın 5-də Ermənistan parlamenti qondarma qurumun tanınma məsələsinə baxmalı idi. Lakin son anda məsələnin müzakirəsini mayın 10-a – Şuşanın işğal günündən sonraya ertələmək qərarı verilib.(musavat)

İnterpress.az