Moldova Milli Ordusunun keçmiş Baş Qərargah rəisi İqor Qorqan Rusiyaya casusluqda ittiham olunur.
İnterpress.az xəbər verir ki, bu barədə Moldova Baş Prokurorluğunun Mütəşəkkil Cinayətkarlığa və Xüsusi İşlərə Qarşı Mübarizə İdarəsinin nümayəndəsi Emil Qaytur məlumat verib.
Onun tələbi ilə istintaq orqanlarının qarşısına çıxarılması barədə göstəriş verilib.
“Əvvəllər prokurorlar tərəfindən başlanmış işdə iştirak edən şəxsə təqsirləndirilən şəxs statusu verilib. İstintaq davam edir”, – deyə o bildirib.
İyunun 13-də prokurorluq keçmiş Baş Qərargah rəisinə qarşı dövlətə xəyanət maddəsi ilə cinayət işi açıb.
Səbəb Qorqanın Rusiya Federasiyasının Baş Kəşfiyyat İdarəsi (QRU) ilə iddia edilən əlaqələri ilə bağlı jurnalist araşdırmasının məlumatı olub.
O, mütəmadi olaraq Rusiya kəşfiyyatçılarına Moldovadakı siyasi vəziyyət barədə məlumat verib, həmçinin Ukrayna Müdafiə Nazirliyinin nümayəndələrinin səfərləri barədə danışıb.
Keçmiş Baş Qərargah rəisinin özü Rusiya agentləri ilə hər hansı əlaqə ilə bağlı ittihamları rədd edir.
Xuraman Etibarlı
İnterpress.az