Boeing şirkəti on minlərlə əməkdaşını məcburi ödənişsiz məzuniyyətə GÖNDƏRİRbackend

Boeing şirkəti on minlərlə əməkdaşını məcburi ödənişsiz məzuniyyətə GÖNDƏRİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Boeing” şirkəti on minlərlə əməkdaşını məcburi ödənişsiz məzuniyyətə göndərəcək.

İnterpress.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) sentyabrın 18-də şirkətin baş direktorunun bəyanatına istinadən məlumat yayıb.

Boeing korporasiyası mexaniklərin tətilinin nəticələrinə görə on minlərlə əməkdaşını məcburi ödənişsiz məzuniyyətə göndərəcək.

Son tətil təyyarə istehsalını xeyli ləngidib. Analitiklər hesab edirlər ki, Boeing bu səbəbdən milyardlarla dollar itirə bilər.

Boeing-in baş direktoru Kelli Ortberqin sözlərinə görə, ödənişsiz məzuniyyətlər rəhbərlərə, menecerlərə və digər işçilərə təsir edəcək.

“Bu, hər kəsə təsir edəcək çətin bir qərar olsa da, bu, bizim uzunmüddətli gələcəyimizi qorumaq və bu çox çətin dövrdən keçməmizə kömək etmək məqsədi daşıyır”, – Ortberq deyib.

Xuraman Etibarlı

İnterpress.az