Almaniya İsrailə silah ixracına qadağa qoyulması ilə bağlı xəbərləri təkzib edib.
İnterpress.az xəbər verir ki, bu barədə Almaniya İqtisadiyyat Nazirliyinin nümayəndəsi bildirib.
“İsrailə silah ixracına qadağa yoxdur və olmayacaq”, – o deyib.
Nazirliyin nümayəndəsi əlavə edib ki, hökumət humanitar qanunları və İsraillə HƏMAS arasında mövcud vəziyyəti nəzərə alaraq, silah ixracı ilə bağlı qərarlar verir.
Xatırladaq ki, sentyabrın 18-də “Reuters” İqtisadiyyat Nazirliyinə yaxın mənbəyə istinadən xəbər verib ki, Almaniya İsrailə yeni silah ixracını dayandırıb.
Xuraman Etibarlı
İnterpress.az