Dondurulmuş kotletləri bölmək istəyən kişi özünü ÖLDÜRDÜ – FOTObackend

Dondurulmuş kotletləri bölmək istəyən kişi özünü ÖLDÜRDÜ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kişi bıçaqla dondurulmuş kotletləri bölmək istəyərkən özünü öldürüb.

İnterpress.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb. Böyük Britaniyada bir kişi burger hazırlayarkən aldığı xəsarətdən ölüb.

Məlumata görə, kişi iki dondurulmuş kotleti ayırmaq istəyib və bıçağa çırpılıb.

Fast food həvəskarının meyiti cəmi bir neçə gün sonra mənzilində tapılıb. Mərhum yataqda uzanıb, dondurucu isə mətbəxdə açıq qalıb.

Polis heç bir oğurluq izi tapmayıb, buna görə də qətl versiyası dərhal rədd edilib.

Məlum olub ki, kişi tək yaşayıb və insult keçirdiyi üçün əl koordinasiyasında problemlər olub.

“Soyuducunun yanında mətbəxdə masanın üstündə iki çiy burger, bıçaq və çay dəsmalı var idi”, – yerli polisin baş inspektoru deyib.

Xuraman Etibarlı

İnterpress.az