Ukrayna rəsmilərinə və hərbçilərə Telegram-dan istifadəyə QADAĞA QOYULDUbackend

Ukrayna rəsmilərinə və hərbçilərə Telegram-dan istifadəyə QADAĞA QOYULDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna rəsmilərinə və hərbçilərinə Telegram-dan istifadə qadağan edilib.

İnterpress.az xəbər verir ki, bu barədə “Strana” nəşri məlumat yayıb. Bununla bağlı məlumat bu gün, sentyabrın 20-də məlum olub.

Ukraynanın Kibertəhlükəsizliyi üzrə Milli Koordinasiya Mərkəzi məmurlara və hərbçilərə iş cihazlarında Telegram-dan istifadə etməyi qadağan edib.

İclasda Milli Polisin, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının, Ukrayna Təhlükəsizlik Xidmətinin, Ukrayna Müdafiə Nazirliyinin, Milli Bankın və digər idarələrin nümayəndələri iştirak ediblər.

Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kiril Budanov bəyan edib ki, Rusiya xüsusi xidmət orqanları Telegram istifadəçilərinin şəxsi yazışmalarına, hətta silinmiş mesajlara, eləcə də onların şəxsi məlumatlarına çıxış imkanına malikdir.

Xuraman Etibarlı

İnterpress.az