Dövlət Dumasının spikeri Avropa Parlamentini “Sarmat”la HƏDƏLƏDİbackend

Dövlət Dumasının spikeri Avropa Parlamentini “Sarmat”la HƏDƏLƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Dövlət Dumasının spikeri Avropa Parlamentini “Sarmat”la hədələyib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Dövlət Dumasının spikeri Volodin Ukraynanın Rusiya ərazisinə hücum icazəsinə cavab olaraq Avropa Parlamentini “Sarmat”la hədələyib.

“Rusiya daha güclü silahlardan istifadə etməklə sərt cavab verəcək. Bu barədə heç kimin illüziyası olmamalıdır.

Dövlət Duması bunda israrlıdır. Məlumat üçün deyim ki, “Sarmat” raketinin Strasburqa uçuş müddəti 3 dəqiqə 20 saniyədir”, – Volodin deyib.

Xuraman Etibarlı

İnterpress.az