Reklam mexanizmini tənzimləyən sənədin gecikmə səbəbibackend

Reklam mexanizmini tənzimləyən sənədin gecikmə səbəbi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-saytına açıqlamasında millət vəkili Vahid Əhmədov deyib. Onun sözlərinə görə, yeni qanunda dövlətin və digər qrumların reklam bazarına necə nəzarət etməsi əks olunub. Hazırda Azərbaycanda reklam bazarında nəzarət mexanizmi yoxdur və ya demək olar ki, işləmir. Ona görə də reklam bazarında insanları aldadırlar. Ümumilikdə isə reklam bazarında ciddi problemlər yaşanmaqdadır. Ən əsası fakt Azərbaycan dilinin pozulması ilə bağlıdır. Azərbaycan dilinin dövlət dili olmasına baxmayaraq, öz dilimizdən çox az istifadə olunur. İndi yayımlanan reklamlarda xarici dillərə geniş yer verilib. Ona görə də cinayət məcəlləsində müəyyən dəyişiklər edirik ki, reklam verib insanları aldadanlar müəyyən məsuliyətə cəlb olunsunlar. Yeni qanunda Azərbaycanda dilinin üzərində geniş dayanmışıq.Yalnız Azərbaycan dilində reklamlar yayımlanmalıdır. Xarici dildə verilən reklamların hərifləri Azərbaycan dilində verilənlərdən kiçik olmalıdır. Həm də Azərbaycan dilində də verilməlidir. Eyni zamanda reklam bazarının tənzimlənməsi orada açıq aydın işlənilib. Ən əsası budur ki, reklamla bağlı qanuna aid olan normativ sənəd hazır olsun, reklam bazarı tənzimlənsin”

Qeyd edək ki, reklam haqqında qanun 16-17 il bundan öncə qəbul edilib. Yeni qanun müəllifləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsindən Vahid Əhmədov və Əli Məsimli hazırlayıb.

Gülşanə Mustafayeva
İnterpress.az