Türkiyə Livana uçuşları LƏĞV ETDİbackend

Türkiyə Livana uçuşları LƏĞV ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Livana uçuşları 5 günlük ləğv edib.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyənin DHA xəbər agentliyi məlumat yayıb. Bildirilir ki, İsrailin Livana hücumları davam etdiyi üçün Türk Hava Yolları (THY) Beyruta uçuşları ləğv edir.

Sentyabrın 26-dan 30-a kimi planlaşdırılan bütün reyslər ləğv edilib.

Həmçinin qeyd olunub ki, İsrailin Livana hücumlarından əvvəl Türkiyədən uçuşlar yalnız gün ərzində həyata keçirilirdi.

Xuraman Etibarlı

İnterpress.az