Mingəçevir şəhər Polis Şöbəsindən verilən məlumata görə, hadisə şəhərin 2 saylı orta məktəbində qeydə alınıb. Məktəbdən 6 ədəd kompüter və 1 ədəd printer oğurlanıb.
Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəhər sakinləri Mirpaşa Qasımov və Rüfət Talıbov tutulublar.(APA.az)
İnterpress.az