Hadisə gecə saat 2.00 radələrində Salyan şəhəri T.Bağırov küçəsində qeydə alınıb. Sevin adlı Salyan sakini, Biləsuvar rayon sakini, 1989-cu il təvəllüdlü Əliyev Samir Ziyafət oğlunu bıçaqlayıb. Kürək və ürək nahiyəsindən 3 bıçaq zərbəsi alan yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.
Faktla bağlı Salyan rayon Polis Şöbəsində araşdırma aparılır.(apa)
İnterpress.az