Xudat şəhərində yaşayan 1936-cı il təvəllüdlü Fatma İbrahimxəlilovanın həyətində qonşusu, 1961-ci il təvəllüdlü Rafiq Şıxverdiyev münaqişə zəminində ona bıçaqla xəsarət yetirib. Fatma İbrahimxəlilova hadisə yerində ölüb. Xaçmaz rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rafiq Şıxverdiyev tutulub. İlkin məlumata görə, hadisə yol vermək üstündə baş verib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.(Teleqraf.com)
İnterpress.az