Türkiyədə terror aktı planlaşdıran PKK üzvü Suriyada məhv edilib.
İnterpress.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Türkiyə kəşfiyyatı MİT Suriyanın şimalındakı Amuda şəhərində kürd hərbi-siyasi təşkilatı PKK-nın liderlərindən birini hədəfə aldığı əməliyyatda məhv edib.
“Cinda Qundikramo” kod adı ilə Xezal Belge təşkilata yeni üzvlərin cəlb edilməsi, xüsusilə də PKK-nın Suriyadakı qadın qanadının fəaliyyətinin təşkili ilə məşğul olub.
Bundan başqa, o, Türkiyədə özünü partladaraq terror aktı törətməyi planlaşdırıb.
Xuraman Etibarlı
İnterpress.az