VHP Şuşa rayon təşkilatının sayca IV konfransı-FOTObackend

VHP Şuşa rayon təşkilatının sayca IV konfransı-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, konfrans dövlət himninin oxunması ilə işə başlayıb, şəhidlərin xatirəsi yad edilib. Təşkilat sədri Ofelya Rəşidqızı çıxışında bildirib ki, bu gün Şuşanın işğalından 24 il ötür. Biz 24 ildir ki, vətəndə didərgin həyatı yaşayırıq və rayonumuz isə düşmən tapdağı altındadır, şəhidlərimizin ruhları inildəyir, biz də vətən həsrəti ilə alışıb yanırıq. Ağəbəyin xanım Qarabağ həsrəti ilə qürbətdə əzablar çəkdiyi kimi, biz də 24 ildir ki, Şuşa həsrəti ilə qovruluruq. Özümüz kimi təşkilatımızın üzvləri də 15 müxtəlif rayonda yaşayırlar, bu da bizim normal fəaliyyətimizə mane olur. Buna baxmayaraq təşkilat partiyanın Nizamnaməsi və Məramnaməsinin tələblərinə uyğun işini qurub və fəaliyyət göstərir.
Öz rayonumuzdan aralıda didərgin formada fəaliyyət göstərsək də, üzvlərimiz fəaldır və işinin öhdəsindən də gəlməyə çalışır.

Daha sonra NTK sədri Vüsalə Həsənova hesabat verdi. Bildirdi ki, təşkilatın seçkili orqanları vaxtaşırı öz yığıncaqlarını keçirib, Nizamnamə tələblərinə uyğun işini qurub.

VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli ölkədə baş verən siyasi proseslər, partiyanın qurultay hazırlıqlarından, Siyasi Şura üzvü Aygün Qurbanlı isə partiyanın fəaliyyəti, qarşısında duran vəzifələr barədə məlumat verib.
Konfrans iştirakçılarından Sona Qurbanova, Şahanə Həsənova, Süleyman Hüseynzadə və digərləri də çıxış edərək təşkilatın fəaliyyəti ilə bağlı təkliflərini veriblər.

 VHP Şuşa rayon təşkilatının sayca IV konfransı-FOTO

Sonda təşkilati məsələlərin müzakirəsinə keçildi. Ofelya Rəşidqızı yenidən sədr, 15 nəfər Məclis üzvü, 3 NTK üzvü və partiya qurultayına isə 11 nəfər nümayəndə seçilib.

İnterpress.az