Bakı metrosunda tüstülənmə olub: 25 dəqiqəlik interval yaranıbbackend

Bakı metrosunda tüstülənmə olub: 25 dəqiqəlik interval yaranıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nizami” – “28 May” tunel yolu mənzilində qatar maşinisti tüstülənmə müəyyən edib, dərhal dispetçer mərkəzinə məlumat verib”.

İnterpress.az xəbər verir ki, bununla bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlama verib.

O bildirib ki, Bakı metropoliteni normativ tələblərinə uyğun olaraq dərhal yüksək gərginlik çıxarılıb, FHN-in aidiyyəti quruma məlumat verilib:

“Nizami” stansiyası sərnişinlərin girişinə bağlanılıb. Tüstülənmənin mənbəyi dərhal müəyyən edilib. İşıqlanma kabelində tüstülənmənin qarşısı alınıb.

Qatarların hərəkəti 25 dəqiqədən sonra bərpa olunub”.