İsrailin Şahrud Kosmik Mərkəzinə hücumu barədə məlumatlar yalandır – İranın müdafiə naziribackend

İsrailin Şahrud Kosmik Mərkəzinə hücumu barədə məlumatlar yalandır – İranın müdafiə naziri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Hərbi Hava Qüvvələrinin İranın hava məkanına daxil olması və Şahrud Kosmik Mərkəzinə hücum edildiyi barədə məlumatlar yalandır.

İnterpress.az xəbər verir ki, bunu İranın müdafiə naziri Əmir Nəsirzadə deyib. O, İsrailin İrana hücumu zamanı İsrail Hərbi Hava Qüvvələrinin İranın hava məkanına daxil olması və Semnan əyalətindəki Şahrud Kosmik Mərkəzinə də hücum edildiyi barədə məlumatları təkzib edib.

İranda Rusiya ilə birgə Su-35 qırıcılarının istehsalı ilə bağlı suala Nəsirzadə belə bir layihədən xəbəri olmadığını cavablandırıb.

Xuraman Etibarlı

İnterpress.az