Çoxmənzilli binalarda dini mərasimlərin keçirilməsi QADAĞAN OLUNACAQbackend

Çoxmənzilli binalarda dini mərasimlərin keçirilməsi QADAĞAN OLUNACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada çoxmənzilli binalarda dini mərasimlərin keçirilməsi qadağan oluna bilər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Dövlət Dumasına çoxmənzilli binalarda dini mərasimlərin keçirilməsini qadağan edən qanun layihəsi təqdim olunub.

“Vicdan azadlığı və dini qurumlar haqqında” qanuna çoxmənzilli binaların qeyri-yaşayış sahələrində dövlət xidmətlərinin, dini ayin və mərasimlərin keçirilməsini məhdudlaşdıran dəyişikliklərin edilməsi təklif edilir. Həmçinin müəyyən etmək təklif olunur ki, sistematik xarakter daşıyan dini ayinlər evlərdəki yaşayış binalarında keçirilə bilməz.

“Çoxmənzilli binalarda dini mərasimlərin keçirilməsi sakinlərin rahatlığını məhdudlaşdırır ki, bu da həmin binalardakı bina sahibləri arasında “narazılıq və qorxu” yaradır”, – sənəddə qeyd olunub.

Xuraman Etibarlı

İnterpress.az