Murmansk bölgəsində nadir təbiət möcüzəsi baş verib.
İnterpress.az xəbər verir ki, Titovka çayında nadir bir təbiət hadisəsi meydana gəlib.
Çay başdan-ayağa buz “pankek”ləri ilə dolub. Qar yağandan sonra çay sanki eyni ölçülü buz dairələri ilə səpələnmiş kimi görünür.
Belə bir möcüzə yalnız xüsusi şərtlərin birləşməsi ilə mümkündür: sıfıra yaxın temperatur, yüngül külək, qar yağışı və sakit cərəyan.
Xuraman Etibarlı
İnterpress.az