Ermənistan Rusiya aviasiya şirkətlərindən imtina edir.
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb. Ermənistan Rusiya aviasiya sənayesini təmsil edən müəssisələrin xidmətlərindən imtina etmək qərarına gəlib.
Oktyabrın sonunda Ermənistan Müdafiə Nazirliyi yerli istehsal olan Su-30MKI təyyarələrinin və müvafiq silah dəstlərinin alınması ilə bağlı Hindistanın HAL təyyarə istehsalı konserni ilə danışıqlara başladığı barədə bəyanat yayıb.
Nəşrin yazdığına görə, bununla da Ermənistan “sualı 5 ildir havada olan” Su-30SM-ni Rusiya şirkətindən almaqdan imtina etmək niyyətindədir.
“Maraqlıdır ki, Ermənistan Rusiya tərəfinə Su-30-un qiymətinin 70%-ni ödəyib. Lakin Rusiya Federasiyası bu 8 qırıcını hələ də tədarük etməyib. Buna görə də Ermənistan Rusiya şirkətinin xidmətlərindən imtina etmək niyyətindədir”, – məqalədə deyilir.
Xuraman Etibarlı
İnterpress.az