Almaniya İranın Frankfurt-Mayndə, Hamburqda və Münhendəki baş konsulluqlarını bağlamaq qərarına gəlib.
İnterpress.az xəbər verir ki, bu barədə T-online məlumat yayıb. Bildirilir ki, Almaniya hakimiyyəti İranda Cəmşid Şarmehdin edamından sonra İranın Frankfurt-Mayndə, Hamburqda və Münhendəki baş konsulluqlarını bağlayır.
Cəmşid Almaniya vətəndaşıdır, 2020-ci ildə İran kəşfiyyatı tərəfindən Dubayda qaçırılıb və oktyabrın 28-də edam olunana qədər orada qalıb.
Xuraman Etibarlı
İnterpress.az