Son sutka ərzində İsrail Hərbi Hava Qüvvələri Hizbullah və HƏMAS-ın 200-dən çox hərbi obyektinə hücum edib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələri Livan və Qəzza zolağında Hizbullah və HƏMAS-ın 200-dən çox hərbi obyektinə hücum edib.
Təşkilatların hərbi infrastrukturu, o cümlədən idarəetmə qərargahları və buraxılış qurğuları məhv edilib.
Onlarla yaraqlı öldürülüb.
Xuraman Etibarlı
İnterpress.az