Türkiyəli ağır atlet Kerem Kurnaz Avropa çempionatında 2 qızıl medal qazanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, Polşanın paytaxtı Varşavanın Raszyn Centrum idman zalında keçirilən çempionatda oğlanlar arasında 89 kq çəki dərəcəsində türkiyəli ağır atlet Kerem Kurnaz qızıl medal qazanıb.
Kurnaz təkanla qaldırmada 190 kq qaldıraraq, ümumilikdə 342 kq-a çataraq fəxri kürsüdə birinci yeri tutmağa nail olub.
Birdən qaldırmada idmançı 152 kq nəticə göstərərək dördüncü yerə sahib olub.
Xuraman Etibarlı
İnterpress.az