“Gürcü arzusu” müxalifəti seçkilərdə səs oğurlamaqda ittiham edir.
İnterpress.az xəbər verir ki, bu barədə parlament çoxluğunun lideri Mamuka Mdinaradze bildirib.
O deyib ki, hakim “Gürcü Arzusu” partiyasında müxalifət partiyası “Birlik-Milli Hərəkat”ın nümayəndələri tərəfindən parlament seçkilərində səslərin oğurlanması ilə bağlı təsdiqlənmiş 81 fakt var.
Onun sözlərinə görə, səsvermə günü hakim partiyanın tərəfdarları müxtəlif istiqamətlərdə müxalifətin təmsilçisi kimi qeydiyyatdan keçdiklərini öyrəniblər.
Mdinaradze qeyd edib ki, bu sübutlar ölkə prokurorluğuna veriləcək.
O, həmçinin vurğulayıb ki, Gürcüstan hakimiyyəti “Aİ-yə inteqrasiyanı çətinləşdirsə belə” xarici agentlər və LGBT təbliğatına qarşı qanunlardan imtina etməyəcək.
Xuraman Etibarlı
İnterpress.az