İstanbulda FETÖ ilə əlaqədə şübhəli bilinən 11 nəfər saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb. İstanbul Respublika Prokurorluğunun Terror Cinayətləri İstintaq Bürosu FETÖ-nün polis və hərbi strukturunda əli olduğu müəyyən edilən 12 şübhəli haqqında həbs qərarı çıxarıb.
Artıq İstanbulda FETÖ hərbi strukturu ilə əlaqədə şübhəli bilinən 11 nəfər saxlanılıb. Digərinin axtarışları davam edir.
Xatırladaq ki, 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdini təşkil edən Fətullah Gülənin rəhbərlik etdiyi FETÖ hərəkatı Körfəz ölkələri, Pakistan və Türkiyənin özündə terror təşkilatı kimi tanınır.
Xuraman Etibarlı
İnterpress.az