İstanbulun Haydarpaşa limanında bir qrup gənc “Kathrin” ticarət gəmisini ələ keçirməyə cəhd edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Haberler” məlumat yayıb. Bildirilir ki, İstanbulun Haydarpaşa limanında bir qrup gənc Almaniya bayrağı altında İsrailə üzən “Kathrin” ticarət gəmisini ələ keçirməyə cəhd edib.
Əllərində Fələstin bayraqları olan gənclər gəmidə İsrail üçün silah olduğunu iddia edərək gəmini tərk etməyəcəklərini bildiriblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının müdaxiləsi ilə bir neçə fəal saxlanılıb.
Digər tərəfdən Berlində insan haqları vəkilləri gəmiyə 150 ton partlayıcı yükləndiyini iddia edərək, reysin təxirə salınmasını tələb edərək məhkəməyə müraciət ediblər.
Xuraman Etibarlı
İnterpress.az