Dələduzlar ölən şəxsin kartından külli miqdarda pul OĞURLADILARbackend

Dələduzlar ölən şəxsin kartından külli miqdarda pul OĞURLADILAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dələduzlar ölən şəxsin eSIM kartını bərpa edib 21 manatdan çox pul oğurlayıblar.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.  bildirilir ki, dələduzlar mərhumun eSIM kartını bərpa edərək 1,2 milyon rubldan (təxm. 21 man) çox pul oğurlayıblar. Qohumlar bundan cəmi altı ay sonra xəbər tutublar.

Moskva sakini Anatoli yazda dünyasını dəyişib. Oktyabr ayında dul qadın ərinin hesabına baxıb və kiminsə kartdan 1.271.700 rubl sildiyini görüb.

Qadın bankdan çıxarış istəyib və sənədlər sayəsində ərinin ölümündən bir həftə sonra naməlum şəxslərin onun hesabına daxil ola bildiyini öyrənib.

Onlar bunu eSIM istifadə edərək ediblər. Cinayətkarlar Anatolinin pasport məlumatlarını əldə edə biliblər, sonra rabitə salonuna gələrək, pul çıxarmaq üçün dublikat SİM kart əldə ediblər.

Xuraman Etibarlı

İnterpress.az