Pezeşkian: İranın cavabı İsrailin davranışından asılıdırbackend

Pezeşkian: İranın cavabı İsrailin davranışından asılıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın cavabı İsrailin davranışından asılıdır.

İnterpress.az xəbər verir ki, bunu Tehranda Nazirlər Kabinetinin iclasında çıxış edən İran prezidenti Məsud Pezeşkian deyib. Pezeşkian bildirib ki, İran istənilən hücuma cavab verəcək.

Bununla belə, o qeyd edib ki, cavabın dərəcəsi və forması İsrailin mövqeyindən asılı ola bilər.

Onun sözlərinə görə, əgər İsrail hərbi əməliyyatları dayandırsa və atəşkəsə razılaşarsa, İran məhdud reaksiya ehtimalını nəzərdən keçirməyə hazırdır.

Pezeşkian vurğulayıb ki, regionda təcavüzlə bağlı vəziyyət getdikcə artır.

O xatırladıb ki, İran HƏMAS lideri İsmayıl Həniyənin Tehranda öldürülməsinə görə qisas almaqdan çəkinərsə, ABŞ və Avropa liderləri Qəzzada atəşkəsə hazır olduqlarını bəyan ediblər.

Bundan əvvəl İranın ali dini lideri Əli Xamenei İsrail və ABŞ-ni İrana və müttəfiqlərinə qarşı hücumlara görə “sarsıdıcı cavab” verəcəyi ilə hədələyib.

Xuraman Etibarlı

İnterpress.az