İsrail ordusu Hizbullah və SEPAH-ın istifadə etdiyi fermaya HÜCUM ETDİ – VİDEObackend

İsrail ordusu Hizbullah və SEPAH-ın istifadə etdiyi fermaya HÜCUM ETDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu Hizbullah və SEPAH-ın istifadə etdiyi fermaya hücum edib.

İnterpress.az xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) məlumat yayıb.

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Suriyanın paytaxtı Dəməşq Beynəlxalq Hava Limanına gedən yolda yerləşən Seyidə Zeynəbin cənub-şərq ətrafına hücum edib.

Suriya İnsan Haqları Müşahidə Qrupunun (SOHR) məlumatına görə, hücum Hizbullah və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) istifadə etdiyi fermanı hədəf alıb.

Suriya Müdafiə Nazirliyi hücumlar nəticəsində xeyli ziyan dəydiyini bildirir.

Xuraman Etibarlı

İnterpress.az