Yuyucu vasitədən əlcəksiz istifadə edən kişi barmaqlarının amputasiyası ilə ÜZLƏŞDİbackend

Yuyucu vasitədən əlcəksiz istifadə edən kişi barmaqlarının amputasiyası ilə ÜZLƏŞDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yuyucu vasitədən əlcəksiz istifadə edən kişi barmaqlarının amputasiyası ilə üzləşib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Rusiyada kişi santexnika qurğularını əlcəksiz yuyucu vasitə ilə təmizlədikdən sonra barmaqlarının amputasiyası ilə üzləşib.

Lipetskdə 54 yaşlı kişi ağır kimyəvi yanıqlarla xəstəxanaya yerləşdirilib. O, “Krot” məhsulundan istifadə edərək evdə santexnika qurğularını təmizləyirdi.

O, əlcəklərlə işləyirdi, amma onlar cırıldılar. Əvvəlcə barmaqları sadəcə bir az sancdı və kişi əlcəklərini çıxaranda geri dönməz proseslərin başladığı məlum olub. Barmaqlar qaralıb və qaşınma ilə səpib.

Həkimlər kişiyə ən ağır dördüncü dərəcəli kimyəvi yanıq diaqnozu qoyublar. İndi onun barmaqlarını amputasiyadan xilas etməyə çalışırlar.

Həkimlər gündəlik həyatda diqqətli olmağı xahiş edir və boru təmizləyicilərinin təkcə yağları, əhəng çöküntülərini və pasları korroziyaya uğratmadğını, həm də üzvi maddələri: dəri və saçları tədricən əritdiyini xatırladır.

Xuraman Etibarlı

İnterpress.az