Finlandiya Almaniya ilə dənizaltı rabitə kabelində qırılma olduğunu bildirib.
İnterpress.az xəbər verir ki, bu barədə Finlandiya operatoru Cinia məlumat yayıb. Santahamin (Finlandiya) – Rostok (Almaniya) istiqamətində uzanan C-Lion1 kabelində nasazlıq aşkar edilib.
“Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərinin yaxınlığında yerləşən Finlandiya və Almaniya C-Lion1 arasında dənizaltı telekommunikasiya kabelində nasazlıq aşkar edilib.
Nasazlıq nəticəsində dəniz kabelindən keçən rabitə əlaqələri kəsilib.
Kabel qırılma səbəbi müəyyənləşdirilir. Onun qəsdən zədələnməsinə dair hələ heç bir sübut yoxdur, operator aydınlaşdırıb.
Xuraman Etibarlı
İnterpress.az